Millət vəkili Ceyhun Osmanlı bu gün şəhid olan 5 əsgərdən danışdı
15:39 05.06.2012
2376
"Bu gün çox pis xəbər eşitdim. Azərbaycan ordusunun 5 əsgəri şəhid olub. Şəhidlərinin ailələrinə başsağlığı verirəm. İgid əsgərlərimizin yerləri cənnət olsun. Allah rəhmət eləsin". AZXEBER.COM-un məlumatına görə, bu sözləri millət vəkili Ceyhun Osmanlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində baş tutan “Empatiya” sənədli filminin təqdimatında çıxışı zamanı deyib.Daha sonra film haqda danışan millət vəkili “cəmiyyətimizdə olan heç bir problemə biganə qalmamalıyıq” fikrini səsləndirərək, bu problemlərin məhz kimsəsiz uşaqlara olan münasibətdən qaynaqandığını bildirib. Ceyhun Osmanlının dediyinə görə, “İrəli” Prodakşın tərəfindən istehsal olunan bu filmi yerli telekanallar yayımlamağa razılıq verib və sabahdan etibarən “Empatiya” sənədli filmi efirdə olacaq.