Millət vəkili Ceyhun Osmanlı Türkiyənin nüfuzlu xəbər portalına 'Xocalı'dan danışdı

Millət vəkili Ceyhun Osmanlı Türkiyənin nüfuzlu xəbər portalına
13:00 26.02.2013
1200

AZXEBER.COM-un məlumatına görə, müsahibədə Xocalı soyqırımının dünyaya tanıdılması və bunun üçün görülən tədbirlər haqda danışılıb.

Ceyhun Osmanlının bu məsələdə ən böyük əməyi olan şəxslərdən biri olması qeyd edilib. Millət vəkili bildirib ki, Xocalı ədalət tərəzisidir və orada həlak olanların haqqını yerdə qoymamaqçün çalışmaq bütün azərbaycanlıların borcudur.

Daha sonra Xocalı soyqırımı ilə bağlı edilən lobbi hazırlıqları barədə danışılıb. Ceyhun Osmanlı görülən tədbirlərdə Türkiyənin də böyük rol oynadığını qeyd edib.

C. Osmanlı millətlər arasında hər zaman dostluq münasiblətlərinin təbliğ olunmalı olduğunu, müharibə vəziyyətinin təəssüf doğurduğunu, Türkiyədə erməni xalqına səbəbsiz nifrət yox, ermənilərin Osmanlı dövlətinə xəyanətindən doğan hiddətdən yaranan kinin olduğunu deyib.

Müsahibəni bu ünvanda oxuya bilərsiniz:

https://www.internethaber.com/hocali-katliamini-ceyhun-osmanli-ile-konustuk-14094y.htm

OXŞAR XƏBƏRLƏR