Silvio Berluskoninin siyasətə "qazandırdığı" Nikol Minetti Mayamidə istirahət edir
Italiyanın sabiq baş naziri Silvio Berluskoninin siyasət dünyasına "qazandırdığı" Nikol Minetti Yeni il tətili üçün getdiyi Mayami çimərliklərindən birində fotoaparatların obyektivinə tuş gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2010-cu ildə Lombardiya vilayətindən İtaliya Milli Məclisinə seçilən Nikol dünya mətbuatında 76 yaşlı Silvio Berluskoninin keçmiş sevgilisi olaraq təqdim edilir. Qeyd edək ki, diş həkimliyi ixtissasını bitirən Nikol Minetti həm də modelliklə məşğul olur.