Millət vəkili: 'Eldar Namazovu heç kəs lider olaraq görmür'

Millət vəkili:
17:50 13.03.2013
884

Eldar Namazovu heç kəs lider olaraq görmür.

Bu sözləri Gün.Az-a açıqlamasında millət vəkili Zahid Oruc“Ziyalılar Forumu”nun təsisçilərindən olan Eldar Namazovun yeni “EL” hərəkatı yaratmasına münasibət bildirərkən dilə gətirib.Millət vəkili bildirib ki, Eldar Namazovun təqdimatında bu, guya ilk liderlik uğrunda mübarizəyə cəhddir. Ancaq hər kəs bilir ki, o siyasi düşüncəsində tənha və təkdir.“Mən bunu bir hərəkat kimi görmürəm. Minləri, on minləri özündə ehtiva edən, böyük qüvvələrin iradəsi ilə seçilən, ciddi təşkilati heyəti olan bir alternativ hökumət dairələrinin mənzərəsi yoxdur.Eldar Namazov müəyyən bir dövrdə hakimiyyət idarəçiliyində yer almağına baxmayaraq, böyük bir ordunu öz arxasınca aparmaq imkanlarını göstərə bilmir və bundan sonra da real deyil” – deyə, millət vəkili bildirib.“Ziyalılar Forumu”nda təmsil olunan şəxslərin “EL” hərəkatına qoşulmadığı məsələsi haqqında da danışan Zahid Oruc deyib ki, forumdakı insanlar da bu hərəkata qoşulandan sonra belə heç nə dəyişilməyəcək.“Bu nəyi dəyişir? Faktiki olaraq əgər böyük gənclik ordusu Eldar Namazovu lider kimi meydana çıxarmırsa, onun çevrəsində mühüm maliyyə strukturları qərarlaşmırsa, onun gələcəyinə siyasi investisiyalar qoyulmursa, belə, hərəkatların gündə 100-nü elan etsə belə heç nə dəyişməyəcək”.Zahid Oruc sonda sözlərinə əlavə edib ki, Eldar Namazov bu hərəkatı Rusiyadakı milyarderlərin siyasi iddiası görünəndən sonra onlardan hansınınsa milyardını mənimsəmək üçün qurduğu layihədir.

OXŞAR XƏBƏRLƏR