Millət vəkili Könül Nurullayeva üzr istədi

Millət vəkili Könül Nurullayeva üzr istədi
SOSİAL
16:02 13.11.2020
2847

Töhmət verilən Millət vəkili Könül Nurullayeva məsələ ilə bağlı açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

"Əziz həmvətənlərim,

Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclasında mənim barəmdə intizam tədbirinin tətbiqi məsələsinə baxılıb. Noyabrın 12-də mənim Türkiyənin TV Net telekanalına müsahibəm zamanı canlı yayımda səsləndirdiyim fikirlər Azərbaycanın dövlət siyasətinə zidd hesab olunub. Qeyd olunub ki, bu, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir. Müzakirələrin yekununda İntizam Komissiyası barəmdə töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib. Komissiyanın və Parlament rəhbərliyinin qərarına hörmətlə yanaşır, milli və dövlətçilik maraqlarını rəhbər tutmaqla Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyətimizi davam etdiririk.

Hörmətli həmvətənlərim, 30 ilə yaxındır, vətən həsrəti ilə yaşayan soydaşlarımız Azərbaycan Ordusunun rəşadəti sayəsində öz doğma yurdlarına qayıdacaq. Bu vaxta qədər dövlətin yüksək səviyyəli qayğısı ilə əhatə olunan köçkünlərimizin yeganə istəyi öz doğma yurduna dönmək idi. Təəssüf ki, bu kateqoriyadan olan çoxsaylı insanlarımız bu xoşbəxt günləri görmədən, yurd həsrəti ilə dünyadan köçdü. Amma bu gün müqəddəs şəhidlərimiz kimi onların da ruhu şaddır, çünki övladları, nəvələri illər sonra ata ocağını yenidən isidəcək, ata ocağının çırağını yenidən yandıracaq. Dövlət başçımızın da söylədiyi kimi, biz bu günləri gördüyümüz üçün həqiqətən də xoşbəxt nəsilik. Azərbaycan bu illər ərzində işğalın səbəb olduğu humanitar fəlakətin nəticələrini aradan qaldırmaq istiqamətində böyük işlər görüb.

Səfalət içində sürünən Ermənistan isə döyüş meydanında darmadağın olmaqla canını qurtara bilməyəcək. İşğal nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımlar atılacaq və düşmən törətdiyi hərbi cinayətlərin bədəlini beynəlxalq hüquq qarşısında ödəyəcək. Dövlət başçımız bu barədə bəyan edib - artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə görə cavab verəcəklər. Düşmən o qədər məkrlidir ki, maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Bu günlərdə nüfuzlu BBC telekanalının reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Apara bilmədiklərinə isə od vurub yandırır, məhv edirlər. Bu talançılığın, vandallığın bədəlini mütləq ödəyəcəklərini bilə-bilə...

Bir neçə gün əvvəl Türkiyənin Tv Net kanalına açıqlamamda internet zəif olduğundan mən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm.

Mənim dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyim açıq və aydındır – Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Ermənistan dövlətinin Çıraqov qardaşları ilə birlikdə 6 nəfərə təzminat ödənilməsilə bağlı Avropa Məhkəməsinin qərarında da qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində bu insanlara zərər dəyib. Bu gün təzminatın verilməsi tələbilə çıxış etmək üçün əlimizdə kifayət qədər arqumentlərimiz var.

Mənim bütün vətəndaşlarımız, o cümlədən məcburi köçkün soydaşlarımıza münasibətim hər zaman eyni olub. Bu gün ərazilərimizin işğaldan azad olunmasına həm bir azərbaycanlı, həm də məcburi köçkün statusundan xilas olan xalqın nümayəndəsi kimi sevinirəm. Tam səmimiyyətimlə deyirəm - sevinciniz sevincim, kədəriniz kədərimdir.

Mən vətənimi, dövlətimi, xalqımı sevirəm, buna heç kimin şübhəsi olmamalıdır. Tanrı Azərbaycanımızı qorusun!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır