YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Naqif Həmzəyev Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürk ilə görüşüb.
AZXEBER.COM xəbər verr ki, görüşdə iki ölkənin qardaşlıq və dostluq münasibətlərindən
söhbət açılıb, eyni dilə, dinə, tarixə və adət-ənənələrə malik Türkiyə və Azərbaycanın
münasibətlərinin sürətli inkişafı xüsusi ilə
vurğulanıb.
Ölkələr arasındakı münasibətlərimizin yüksək səviyyəyə
çatmasında hər iki ölkə prezidentlərinin əvəzsiz rolu olduğunu qeyd edən millət
vəkili Naqif Həmzəyev ölkə Başçılarının mütəmadi qarşılıqlı səfərlərinin Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlıq barədə
geniş fikir mübadiləsi aparılıb.
Sonda Naqif Həmzəyev Zəki Öztürkə fəaliyyətində uğurlar arzu edib.