Millət vəkili Qənirə Paşayeva Orduda Qarabağ münaqişəsi barədə çıxış etdi

SİYASƏT
13:57 16.05.2013
2322

Türkiyənin ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin, Universitetin rektoru Prof. Dr. Tarık YARILGAÇ və 100-lərlə müəllim və tələbənın iştirak ilə Ordu Universitetində keçən “ Bir millət iki dövlət: gələcək prespektivlər” adlı konfransda çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstititu IB-nin sədri Qənirə Paşayeva "bir millət, iki dövlət" olan Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə əlaqələrin olmasının məmnuniyyətverici olduğunu bildirdi.Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha genişləndirilməsinin vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu əməkdaşlığın bütün Türk dünyasının birliyi üçün bir təməl rolunu oynadığını və oynaya biləcəyini deyib. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. “Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, - deyə millət vəkili əlavə edib.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gəncləri sosial medianın imkanlarından istifadə edərək qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətdə səyləri artırmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva türk diaspor təşkilatlarının əlaqəli şəkildə fəaliyyət göstərmələrinin, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də xüsusi qeyd edib. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin, və ümumiyyətlə bütün Türk dövlət və toplumlarından olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə daha çox işlərin görülməli olduğunu deyib və türk diaspor təşkilatlarını bu məsələlərdə aktiv olmağa çağırıb.

Tədbirin əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva “İnşallah gələn tədbirimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik”- deyə millət vəkili qeyd etmişdi.

OXŞAR XƏBƏRLƏR