Millət vəkili Qənirə Paşayeva Tovuz sakinlərilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuz sakinlərilə görüşüb
SOSİAL
11:00 18.07.2016
1428
Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib.
Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və Q.Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.
Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili Q.Paşayeva dəstək göstərilməsini xahiş edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.
Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərək, ölkəmizin gələcəkdə daha da inkişaf edəcəyini, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. Millət vəkili kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda hərbi texnika daşıyan yük maşını yandı
21:48 30.09.2025
Goranboyda hərbi texnika daşıyan yük maşını yandı
Azərbaycan və İtaliyanın dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər
21:43 30.09.2025
Azərbaycan və İtaliyanın dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər
Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
21:34 30.09.2025
Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib
21:24 30.09.2025
İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib
Vardanyanın məhkəməsində zərərçəkmişlər dinlənildi
21:23 30.09.2025
Vardanyanın məhkəməsində zərərçəkmişlər dinlənildi
Azərbaycanla Əlcəzair arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib
21:01 30.09.2025
Azərbaycanla Əlcəzair arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib
"Səbail" braziliyalı yarımmüdafiəçi transfer etdi
20:52 30.09.2025
"Səbail" braziliyalı yarımmüdafiəçi transfer etdi
Zakir Həsənov Pakistana başsağlığı verdi
20:43 30.09.2025
Zakir Həsənov Pakistana başsağlığı verdi
İrəvanda partlayış baş verib, yaralılar var
20:36 30.09.2025
İrəvanda partlayış baş verib, yaralılar var
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
20:30 30.09.2025
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
20:29 30.09.2025
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
Prezident: Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik
20:26 30.09.2025
Prezident: Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik
İlham Əliyev İtaliya Prezidentinin TAP layihəsinin icrasındakı rolunu açıqlayıb
20:24 30.09.2025
İlham Əliyev İtaliya Prezidentinin TAP layihəsinin icrasındakı rolunu açıqlayıb
Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik - İlham Əliyev
20:21 30.09.2025
Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik - İlham Əliyev
"İtaliyanın Azərbaycana dəstəyini bu gün də hiss edirik" - İlham Əliyev
20:19 30.09.2025
"İtaliyanın Azərbaycana dəstəyini bu gün də hiss edirik" - İlham Əliyev
Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır - Prezident
20:16 30.09.2025
Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır - Prezident