Qənirə Paşayeva Suraxanıda kitabsevərlərlə görüşüb - FOTOLAR

Qənirə Paşayeva Suraxanıda kitabsevərlərlə görüşüb - FOTOLAR
SOSİAL
12:40 18.10.2016
1727
Millət vəkili Q.Paşayeva Suraxanıda kitabsevərlərlə görüşüb

Millət vəkili Q.Paşayeva Suraxanı rayonunda H.Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, H.Sarabski adına Mədəniyyət Evinin "Bizim Evin Qonaqları" layihəsinin qonağı olub. Millət vəkili oxucularla geniş söhbət edib. Kitab həvəskarlarının toplandığı tədbirdə Qənirə Paşayevanın kitablarının imza mərasimi də olub. Ziyalıların, kitab həvəskarlarının iştirak etdiyi görüş maraqlı söhbət və fikir mübadiləsi ilə yadda qalıb. Kitabsevərlərlə bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva ilk öncə bütün insanlarımızı Dövlətimizin Müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə təbrik edib, dövlətimizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələr barədə geniş söhbət açıb. Tədbiri məhz belə bir gündə təşkil etdikləri üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb.
 
 O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır. Oxucularla yaradıcılığı və kitablarla bağlı müzakirə aparan Qənirə Paşayeva həmçinin onları maraqlandıran digər sualları da cavablandırıb. Sonra Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara hədiyyə edib. Bu cür maraqlı tədbir üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva cəmiyyətdə kitaba meyilliliyin artması istiqamətdə ziyalıların üzərinə böyük vəzifələr düşdüyünü də vurğulayıb.
 
 

 
 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb