Qənirə Paşayeva Qurban bayramını ön cəbhədə əsgərlərimizlə birlikdə qeyd etdi

Qənirə Paşayeva  Qurban bayramını ön cəbhədə əsgərlərimizlə birlikdə qeyd etdi
SOSİAL
19:22 02.09.2017
1217
Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb və onların bayramını təbrik edib. Əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları Qurban bayramı münasibətilə təbrik edib.
 
Qurban bayramının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə dualarına çatmalarını diləyib. Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də bu gün Cocuq Mərcanlıda qeyd edə bildiyimiz kimi Qurban bayramını qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi.
Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər.Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah ordumuz bundan da daha güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik.  Allah bu yolda dövlətimizə, millıətimizə və ordumuza yardımçı olsun!”. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda görülən işləri xüsusi vurğulayıb və qələbəyə az qaldı, torpaqlarımızı mütləq işğaldan azad edəcəyik deyib. Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar təqdim edilib.Q.Paşayeva yeni çapdan çıxmış kitabının ilk nüsxələrini məhz əsgər və zabitlərə hədiyyə etmək istədiyini deyib və onlara kitabları hədiyyə etməkdən məmun olduğunu deyib. Tədbir bədii hissə ilə davam edib. Millət vəkili Q.Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov hərbiçilərimizlə və övladları xidmət edən bəzi valideynlərlə də görüşüblər. Validenylər övladlarının hərbi xidmətindən və yaradılmış şəraitdən razılıq ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
12:47 24.06.2025
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
Türkiyədə növbəti qadın CİNAYƏTİ: 12 yerindən bıçaqladı
12:45 24.06.2025
Türkiyədə növbəti qadın CİNAYƏTİ: 12 yerindən bıçaqladı
Nazir: Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir
12:38 24.06.2025
Nazir: Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir
İrandan 20-yə yaxın Ukrayna vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub
12:29 24.06.2025
İrandan 20-yə yaxın Ukrayna vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub
Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
12:24 24.06.2025
Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirini qəbul edib - FOTOLAR
12:21 24.06.2025
İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirini qəbul edib - FOTOLAR
"Balaəliyə mahnı oxumaq yaraşmır" - Meyxanaçı Yaşar
12:15 24.06.2025
"Balaəliyə mahnı oxumaq yaraşmır" - Meyxanaçı Yaşar
Əhaliyə ŞAD XƏBƏR – Müavinət və təqaüdlər bu tarixdən artırılır
12:09 24.06.2025
Əhaliyə ŞAD XƏBƏR – Müavinət və təqaüdlər bu tarixdən artırılır
Türkiyəyə köç edənlərin sayı azaldı
12:07 24.06.2025
Türkiyəyə köç edənlərin sayı azaldı
42 yaşlı rusiyalı aparıcı üçüncü dəfə ərə getdi - FOTOLAR
11:59 24.06.2025
42 yaşlı rusiyalı aparıcı üçüncü dəfə ərə getdi - FOTOLAR
Varlı olmaq potensialı olan 4 BÜRC
11:49 24.06.2025
Varlı olmaq potensialı olan 4 BÜRC
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
11:47 24.06.2025
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib
11:45 24.06.2025
Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib
Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
11:28 24.06.2025
Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib