Millət vəkili Qənirə Paşayeva Nazili bələdiyyə başqanı Haluk Alıcık ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və ortaq tarixi, mədəni əlaqlərin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.
Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlər və bələdiyyələrinin qardaşlaşmasını təklif edib. H.Alıcık qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib.
Millət vəkili həmçinin Nazilinin icra başçısı İbrahim Küçüklə görüşüb.
Q.Paşayeva Azərbaycan bölgələri ilə Nazili arasında əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib.
Millət vəkili daha sonra Körfəz Azərbaycan Mədəniyyət və İdman Dərnəyini ziyarət edib, bölgə aydınları, QHT və KİV rəhbərləri ilə görüşlər keçirib, eyn zamanda, Nazilidə şəhid ailələri və qazilərinə baş çəkib və onları Azərbaycana dəvət edib.