Millət vəkilindən AŞPA-da - Çağırış

Millət vəkilindən AŞPA-da - Çağırış
SOSİAL
16:47 24.01.2017
1002

Millət vəkili Q.Paşayeva AŞPA-da Çingiz Qurbanov, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib.

AZXEBER.COM xəbər verir ki, AŞPA-da "Azad müzakirələr”zamanı çıxış edən millət vəkili Q.Paşayeva ilk öncə şəhid Çingiz Qurbanovla bağlı danışaraq AŞPA-nı onun cəsədinin Azərbaycana qaytarılması istiqamətində səylərini artırmağa çağırıb.

"Baş katib cənab Yaqlanda təşəkkür edirəm Çünki Avropa Şurasının Baş katibi Thorbjørn Jagland dekabrın sonunda Azərbaycan -Ermənistan sərhədində silahlı toqquşma zamanı həlak olan, şəhid olan azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib. Bununla bağlı Azərbaycan dövləti və Qızıl Xaç cəmiyyətinin də çalışmaları var amma təssüf ki bu günə qədər müsbət bir irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət cavab verilməsinə və cəsədin geri qaytarılmasına çağırırıq”.

Millət vəkili Q.Paşayeva çıxışında Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi siqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb.

"Biz cənab Yaqlanda və cənab Aqramunda Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azade dilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təssüf ki onların azadlığa buraxılması istiqamətində də hələ ki heç bir müsbət irəliəyiş yoxdur və Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi onların azadlığa buraxılması istiqamətində Assambleyamızdan səyləri daha da artırmalarını gözləyir və çağırırlar”.

Millət vəkili Q.Paşayeva AŞPA-da Azərbaycan əlehinə və nümayəndə heyətimiz əlehinə fikirlərlə çıxış edən Ermənistan millət vəkili Farmanyanada da cavab verərək onun Azərbaycan əlehinə, Azərbaycan nümayəndə heyəti əlehinə doğru olmayan, yanlış fikirlərini kəskin qınayırıq və Assambleyamıza bu cür doğru olmayan fikirlərin söylənməsinin çox yanlış olduğunu xüsusi vurğulamaq istəyirlk deyib.

Millət vəkili Q.Paşayeva getdikcə artan terror hadisələrindən də danışıb və terror qarşı birgə mübarizənin önəmindən və ikili standartlardan əl çəkilməsinin vacibliyindən də danışıb:” Dünyamız və Avropa çox ağır günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları, artan terror bizi çox ciddi narahat etməlidir. Yaşadığımız Avropa Şurası məkanında teror hadisələrinin artması hər birimizi ciddi narahat etməlidir. Artıq heç bir Avropa ölkəsi vətəndaşları özlərini terordan təhlükəsiz hiss edə bilmirlər. Bu mövzuları daha çox müzakirə edərək səbəblərə qarşı birgə mübarizə aparmalıyıq. Bu artan gərginliklər fonunda təcili addımlar atmazsaq çox yaxın gələcəkdə bizi gözləyən daha dəhşətli böhranların fərqində olmalıyıq. Terrora qarşı mübarizəmizi birlikdə daha da gücləndirməliyik. Terrora qarşı mübarizədə ikili standartlara yol verilməməlidir, buna son qoyulmalıdır”.

Mədəniyyətlərarası dialoqun artmasının vacibliyindən danışan millət vəkili Q.Paşayeva Azərbaycanın bu istiqamətdə ən yaxşı örnək ölkələrdən biri olduğunu vurğulayıb və bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb.

"Mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multukulturalizmin genişlənməsi mövzusu Assambleyamızın daha çox və məncə daim gündəmində olmalıdır. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməli, bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada daha geniş yayılmasına çalışmalıyıq. Məlumat vermək istəyirəm ki, hər zaman bu məsələyə böyük önəm vermiş ölkəm Azərbaycanda ötən il multukulturalizm ili elan edilmiş və bir sıra ölkədaxili tədbirlərlə yanaşı il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilib. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, həm də təhsil, kütləvi informasiya vasitələri və digər yollarla tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbədən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multukulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və Assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır