Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Millət vəkili Eynulla Fətullayevin Milli Demokratiya İnstitutu haqqında iddialarına münasibət bildirib: “Hər birimiz Eynulla Fətullayevin ciddi araşdırıcı və jurnalist olduğunu bilirik. O heç zaman populizmdə meyl edən və öz fəaliyyətini bunun üzərində quran deyil, kifayət qədər ciddi araşdırmaçıdır. Bu səbəbdən onun söylədiyi fikirlərin böyük əksəriyyətinə ciddi yanaşıram. Eynulla Fətullayevin bu açıqlaması da araşdırılmalı və dəqiqləşdirilməlidir. Bu, üstündən keçiləsi iddia deyil. Milli Demokratiya İnstitutu hər zaman belə layihələrin arxasında durub, maliyyələşdirib. Daha əvvəl Ukraynada, Gürcüstanda baş vermiş hadisələrdə də Milli Demokratiya İnstitutunun “əli” var idi, onun köməyi ilə baş vermişdi bunlar. Bu faktları unutmamalıyıq.”
Qeyd edək ki, jurnalist Eynulla Fətullayev ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə “Facebook inqilabı”nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib.Ceyhun