Millət vəkilindən gənc qızlara çağırış: "Həyatınızla bağlı diqqətli olun"

Millət vəkilindən gənc qızlara çağırış: "Həyatınızla bağlı diqqətli olun"
SOSİAL
23:20 01.04.2019
10032
"Lüt qızların bütün sosial şəbəkələrdə yayılmış videosu və məlumatları böyük üzüntü və ağrı içində izlədim, oxudum və bunu çəkən və yayan adam layiq olduğu cəzanı almalıdır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə çılpaq qızların videosunun yayılmasına öz münasbətini bildirərək valideynlər övladlarına daha ciddi nəzarət etməlidir deyə bildirib:

"Hüquq-mühafizə orqanları ciddi araşdırma aparır və inanırıq ki, cəmiyyəti ciddi narahat edən bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Bu videonu çəkən və yayanlar həm də ictimai qınaq cəzasını ciddi almalıdırlar. Bu videonu çəkənlər, yayanlar bizim millətin övladı ola bilməz deyirəm öz içimdə. Vətən üçün canını verən oğulların ruhu inciyir belələrinin varlığından. Gənc qızlara isə çağırış edərək öz həyatınızla bağlı diqqətli olun demək istəyirəm. Doğru yaşamağa çalışın, gənc yaşda özünüzü bu cür uçuruma atmayın demək istəyirəm. Ailələrə isə böyüyən övladlarımıza daha ciddi diqqət və nəzarət etməliyik çağırışını səsləndirmək istəyirəm. Cəmiyyətimizə isə, hamımıza isə bu məsələlərlə bağlı daha dərindən düşünməyi..."
OXŞAR XƏBƏRLƏR