Millət vəkilindən təklif: “Veteranlara verilən müavinətlər artırılsın”

Millət vəkilindən təklif: “Veteranlara verilən müavinətlər artırılsın”
13:03 28.12.2020
464
Milli Məclisin bu gün keçirilən plenar iclasında Qarabağ müharibəsi veteranlarına verilən müavinətin artırılması təklif edilib.

Bu təkliflə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

O bildirib ki, bir müddət bundan əvvəl Prezidentin sərəncamı ilə Qarabağ müharibəsi veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılmışdı:

"Hesab edirəm ki, bu məbləğ artırılaraq 150-180 manat olmalıdır”.
 
///Report
OXŞAR XƏBƏRLƏR