Millət vəkilinin nəvəsinin nişanından - FOTOLAR

MAQAZİN
16:00 27.04.2014
4120

Mərasimdə bir çox tanınmış simalar iştirak iştirak edib.

Milli Məclisinin deputatı Ziyad Səmədzadənin nəvəsinin xeyir işi olub.

AZXEBER.COM xəbər verir ki, dünən deputatın qızı - tanınmış musiqiçi Aygün Səmədzadənin qızı Ülkər Bağırlının nişan mərasimi düzənlənib.

Paytaxtın ən gözəl restoranlarından birində düzənlənən mərasimdə ailənin yaxınları, dostları və Aygün Səmədzadənin bəstəkar olaraq əməkdaşlıq etdiyi sənət adamları iştirak ediblər.

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova məxsusi olaraq Ülkərin nişan mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Nişan mərasiminə tanınmış simalarla yanaşı millət vəkili Qənirə Paşayeva da qatılıb.

Qeyd edək ki, Ülkər Bağırlı Milli Qəhrəman Çingiz Mustafayev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi Azərbaycan Amerika jurnalistika akademiyası kurslarının məzunudur.

OXŞAR XƏBƏRLƏR