"Millətim mayın 14-də son sözü deyəcək" - Ərdoğan

"Millətim mayın 14-də son sözü deyəcək" - Ərdoğan
DÜNYA
15:53 06.04.2023
186
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam qatıldığı canlı yayımda gündəmlə bağlı mühüm açıqlamalar verib. 
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkilərdən tutmuş zəlzələ bölgəsindəki işlərə qədər bir çox mövzulardan danışan Ərdoğanın prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu haqda da sərt danışıb.

Ərdoğan Kılıçdaroğlunu ikiüzlülükdə ittiham edib:

"Kılıçdaroğlu Demirtaş haqda danışmağa necə cəsarət edir? O, məhkəməyə məhəl qoymur, cəzalardan qurtlmaq istəyir. Onlar mayın 14-də gözlədiklərini tapa bilməyəcəklər. Əsl hakim olaraq millətim son sözü deyəcək və lazımi qərarı verəcək. Ədaləti təzahür etdirərək yolumuza davam edəcəyik. Eyni şey FETÖ üçün də belədir. Onlar birləşiblər. Dağda olanlara dəstək olanlar hansı arxayınçılıqla bu açıqlamaları verə bilirlər. Bunlar dağdakı terrorçulardır" - deyə Ərdoğan fikirlərini davam etdirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR