Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasının püşkatma mərasimində yer alacağı səbət bəlli olub.
AZXEBER.COM Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, C Liqasında mübarizə aparacaq kollektiv Malta, İsrail, Türkiyə və Şimali Makedoniya ilə birlikdə I səbətə düşüb.
Mayın 2-də təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
I səbət: Malta, İsrail, Azərbaycan, Türkiyə, Şimali Makedoniya
II səbət: Kosovo, Monteneqro, Lüksemburq, Estoniya, Moldova
III səbət: Litva, Qazaxıstan, Latviya, Bolqarıstan, Kipr
IV səbət: Farer adaları, Gürcüstan, Ermənistan, Andorra
Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar AVRO-2025-ə vəsiqə uğrunda pley-off oyunlarına çıxacaqlar.