Millətlər Liqasında yığmamızın rəqibləri məlumdur - Kosovo, Malta...

Millətlər Liqasında yığmamızın rəqibləri məlumdur - Kosovo, Malta...
İDMAN
15:36 24.01.2018
1627
UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının ilk mövsümünün püşkatma mərasimi keçirilib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının da çıxış etdiyi liqada millimizin rəqibləri artıq məlumdur.

Qrup mərhələsinin nəticələri təkcə liqalar arasında yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək.

Bundan başqa, hər liqadan 1 komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-off-a xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.

A Qrupu
Andorra
Qazaxıstan
Latviya
Gürcüstan

B Qrupu
San Marino
Moldova
Lüksemburq
Belarus

C Qrupu
Kosovo
Malta
Farer adaları
Azərbaycan

D Qrupu
Cəbəllütariq
Lixtenşteyn
Ermənistan
Makedoniya

Qeyd edək ki, artıq oyunların keçirilmə tarixləri də bəllidi. Qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.

Qrup mərhələsi
I tur - 6-8 sentyabr 2018
II tur - 9-11 sentyabr 2018
III tur - 11-13 oktyabr 2018
IV tur - 14-16 oktyabr 2018
V tur - 15-17 noyabr 2018
VI tur - 18-20 noyabr 2018
Final mərhələsinin püşkü - dekabr 2018
Final mərhələsi - 5-9 iyun 2019
Pley-offun püşkü - 22 noyabr 2019
Pley-off - 26-31 mart 2020
OXŞAR XƏBƏRLƏR