"Kəlağayının üzərindəki ornament və naxışlarda Azərbaycanın tarixi və mədəniyyəti öz əksini tapır”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, "Əbədi Turan” Kitab Fondunun sədri Esmira Fuad bildirib.
O qeyd edib ki, "Heyratı” naxışlı kəlağayılar daha çox dəbdə olub:
"Yelənli, güllü-butalı və müxtəlif rənglərdə olan kəlağayılar arasında xüsusilə "Heyratı” naxışlı kəlağayıları daha çox dəbdə olub. Biz bu yürüş vasitəsilə milliliyimizi, tariximizi və milli dəyərlərimizi təbliğ edirik. Məqsədimiz milli dəyərlərimizin qədrini bilməyin və onları gələcək nəsillərə ötürməyin vacibliyini çatdırmaqdır. Çünki kəlağayı öz əhəmiyyətini qoruyub saxlayan milli baş geyimimizdir”.
Şahanə Ziyad











































