UEFA-ya üzv olan milli futbol federasiyaları qitə futbol qurumundan Avropa çempionatının təxirə salınmasını xahiş edib.
Yerli qurumlar koronavirusa görə müvəqqəti dayandırılan daxili çempionatı başa vurmaq üçün AVRO-2020-nin başqa vaxta keçirilməsini gözləyir. Ancaq UEFA prezidenti Aleksander Çeferinin bu təklifə müsbət yanaşmadığı iddia olunur.
Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də Türkiyə - İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.
///Report