Milli Hokkey Liqasında yeni rekord qeydə alındı

Milli Hokkey Liqasında yeni rekord qeydə alındı
İDMAN
23:33 06.04.2025
392
"Vaşinqton Kepitals"ın hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümündə "Nyu-York Ayleners"ə qarşı oyunda 895-ci qolunu vurub.

Bununla da o, 894 qol vuran Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskinin rekordunu qırıb.

A.Oveçkin rəqib komandada çıxış edən həmyerlisi İlya Sorokinə qol vurub. Beləliklə, Oveçkin liqanın ən dəqiq snayperləri reytinqinə başçılıq edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR