Milli iqtisadiyyatda koronavirus dönəmi: Sahibkarlar üçün gözlənilən güzəştlər - ŞƏRH

İQTİSADİYYAT
11:56 26.03.2020
2801
Koronavirus pandemiyası əhalinin sağlamlığını təhlükə altına qoyur, cəmiyyətin ictimai şüurunda həyəcan atmosferi yaradır.

Bununla yanaşı, koronavirusun zərər vurduğu sahələrdən biri də iqtisadiyyatdır.

Dövlətləri ayaqda saxlayan, inkişafın hərəkətverici qüvvəsi olan iqtisadiyyatda geriləmə və mənfi təsirlərin minimuma endirilməsi hazırda müzakirə olunan ən aktual mövzulardandır.

Ölkələr iqtisadiyyata mənfi təsirin minimum itkilərlə nəticələnməsi istiqamətində konsepsiyalar hazırlayır və bunu praktiki müstəviyə daşıyırlar.

Azərbaycan da koronavirusun milli iqtisadiyyata sirayət etdiyi neqativ tendensiyaları aradan qaldırmaq istiqamətində tədbirlər planını həyata keçirir.

Martın 25-də koronavirus pandemiyasının, həmçinin, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi qrupunun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb.

İşçi qrupunun rəhbəri, İqtisadiyyat Naziri Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verib.

Nazir iclasda pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi qrupunun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb.


Qeyd edək ki, Azərbaycanda ilkin mərhələdə ən çox turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət sahələri mənfi təsirə məruz qalıb.

Ümumilikdə, koronavirus ölkədə 12 fəaliyyət sahəsinə daha çox zərər vurub.

Prezident İlham Əliyevin sərəncamı ilə bundan əvvəl sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat ayrılıb. Həmin vəsaitin təyinatı üzrə xərclənməsi barədə ictimaiyyətə məlumatlar veriləcək.

Sahibkarların ictimai məsuliyyəti artmalıdır

Görülən işlərlə yanaşı, bir sıra əlavə tədbirlərə də ehtiyac duyulur. Bu məsələdə dövlətlə birlikdə ictimaiyyətin, xüsusən sahibkarların üzərinə böyük məsuliyyət düşür.

Azərbaycanda leqal iqtisadi fəaliyyət üçün bütün imkanlar yaradılıb, əlverişli biznes mühiti mövcuddur.

Sahibkarlar yaranmış vəziyyətdən istifadə etməməli, vergiləri vaxtında ödəməli, şəffaf fəaliyyətə üstünlük verməlidirlər. Eyni zamanda, iş yerlərinin və məşğulluğun qorunması, əmək müqavilələrinə xitam verilməməsi, ödənişsiz məzuniyyətlərin qarşısının alınması da sahibkarların qarşısında duran çağırışlardır. Bir sözlə, koronavirus infeksiyası sahibkarların sosial məsuliyyətini artırmalıdır.  

Dövlət də məhz belə sahibkarları ön plana çıxaracaq, dəyən zərəri qarşılayacaq və sahibkarlıq subyektlərində dinamikanın təmininə yönələn resursları səfərbər edəcək.

Daha nələr etmək olar?

Sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün bir sıra güzəştlərin edilməsi də vacibdir.

Əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük güzəştləri mövcud vəziyyətin diktə etdiyi şərtlərdən biridir.

Artıq Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Qərara əsasən, pambıq (vata), keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyə (viş), kəndir, kanatlar, troslar gömrük rüsumlarından azad edilib.

Sahibkarlıq və istehlak krediti müştərilərinin kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması da gündəlikdə dayanan aktual güzəşt reseptidir. Bu reallaşsa, biznesin kreditə çıxış imkanları yaxşılaşar.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:08 22.10.2020

Ermənistanda koronavirusa bir gündə 2 300-dən çox yoluxma qeydə alındı

11:05 22.10.2020

Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı

11:04 22.10.2020

Prezidentin köməkçisi: "Raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb"

11:00 22.10.2020

Binəqədi rayonunda qoruyucu tibb maskaların paylanılması davam etdirilir - FOTOLAR

10:47 22.10.2020

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul etdi

10:34 22.10.2020

Qarabağda döyüşməyə gələn erməni Federasiya prezidenti məhv edildi - FOTO

10:30 22.10.2020

“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurdu

10:26 22.10.2020

Hikmət Hacıyev Qəbələ, Kürdəmir və Siyəzənin atəşə tutulmasından yazdı

10:23 22.10.2020

Müdafiə Nazirliyi: Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə altı raket atıb

10:20 22.10.2020

Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTOLAR

10:12 22.10.2020

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır - RƏSMİ

10:11 22.10.2020

Müdafiə Nazirliyi: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

10:09 22.10.2020

Ermənilər Zəngilanda məscidi donuz fermasına çeviriblər - VİDEO

10:03 22.10.2020

Düşmən Füzulini atəşə tutur - RƏSMİ

10:03 22.10.2020

Ermənilər Qarabağda məhv edilən əsgərlərini kütləvi şəkildə dəfn edir - FOTO

09:53 22.10.2020

Ermənilər bu dəfə Qəbələ və Kürdəmiri raket atəşinə tutdu