Milli Kitab Mükafatına təqdim olunan 241 əsərdən 20-nin adı açıqlandı

MƏDƏNİYYƏT
17:26 01.03.2013
1804

Milli Kitab Mükafatının Ekspertlər Şurası müsabiqəyə təqdim olunmuş 241 əsərdən 20-ni seçiblər.

Bu gün Milli Kitab Mükafatının (MKM) Ekspertlər Şurasının təqdim etdiyi iyirmilik (uzun siyahısı) təqdim olunub.AZXEBER.COM-un məlumatına görə, tədbirdə Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli siyahını açıqlayıb.Beləliklə, uzun siyahı (əlifba sırasıyla):1. Aliq Məmmədov. “Hekayələr”2. Aqşin Cəfərov (İlğım). “Cızma-Ağ”3. Aslan Quliyev. “Köpək balıqları”4. Azad Qaradərəli. “Kuma-Manıç çökəkliyi”5. Əliabas Bağırov. “İkinci oğul”6. Əziz Rzazadə. “Şəbəkə”7. Eyvaz Zeynalov. “Qisas”8. Qan Turalı. “Mustafa”9. Pərvin Nurəliyeva. “Balerina”10. Sahilə İbrahimova. “Yuxarı və aşağı ətraflar”11. Sayman Aruz. “Yüz il inqilab”12. Şəhriyar Del Gerani. “İntihar hörükləri”13. Vahid Qazi. “Çamayra, Kuba dəftəri”14. Zakir Sadatlı. “Əfqanıstan uçurumu”15. Zahid Sarıtorpaq. “Əlifba bayramında qətl”Rus dilində əsərlər (əlifba sırasıyla):16. Гюльнара Караева. “Две жизни “17. Малик Дурсунов. “Кара дайы“18. Нателла Османлы. “Фудзияма с клюшками”19. Рауф Джанибеков. “Танцы во сне”20. Фамиль Мамедов. “Фамильная трагедия”Tədbirdə çıxış edən Ekspertlər Şurasının üzvləri isə seçim prosesində daxil olan əsərlərin əvvəlki Milli Kitab Mükafatında olan əsərlərlə müqayisədə zəif olduğunu bildiriblər.Bu daha çox yazıçıların tələskənliyi ilə əlaqələndirilib.“Həftəyə bir roman yazmağın sonu zəif əsər”dir.Qeyd edək ki, 2012-ci ilin avqustunda start götürən Milli Kitab Müsabiqəsinə 241 əsər daxil olub.Daxil olan əsərlərdən 175-i nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarın isə 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir. Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər.MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb.Martın 15-də 10 əsərdən ibarət “short list” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün münsiflər heyətinə təqdim olunacaq.İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də I yerin 3000, II yerin 2000, III yerin qalibi isə 1000 manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm də elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.

OXŞAR XƏBƏRLƏR