Milli komandamıza yeni məşqçi təyin olundu

İDMAN
21:45 18.01.2013
1193
Dimitar Kolev Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasına yeni məşqçi təyin olunub.AZXEBER.COM-un məlumatına görə, millimizin bolqarıstanlı baş məşqçisi Zlatan Vanevin yeni köməkçisi müəyyənləşib.Bu, çalışdırıcının həmyerlisi Dimitar Kolevdir. Əvvəllər də Bolqarıstandan kənarda çalışan Kolev üçün Azərbaycanda işləmək çətin olmayacaq. Çünki o, millimizin sabiq baş məşqçisi Yanko Rusevin vaxtında da komandamızda çalışıb. Lakin 2009-cu ildə uzun müddətli müqavilə bağlayan Kolev qısa zaman kəsiyindən sonra vətəninə göndərilib.

OXŞAR XƏBƏRLƏR