Milli Məclis bu gün növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edəcək

Milli Məclis bu gün növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edəcək
SOSİAL
11:10 21.06.2024
96
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bildirib.

O qeyd edib ki, toplantının gündəliyindəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə olacaq.
OXŞAR XƏBƏRLƏR