Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayır, komissiya yaradılıb

Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayır, komissiya yaradılıb
SİYASƏT
11:26 07.04.2023
401
Milli Məclisin (MM) plenar iclasında spiker Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılmasını təklif edib.

AZXEBER.COM-un xəbərinə görə, təklif qəbul edilib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.

İclasın davamında bəyanat mətni səsləndiriləcək və qəbul ediləcək.
OXŞAR XƏBƏRLƏR