Milli Məclis millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı layihəsini qəbul etdi.
AZXEBER.COM xəbər verir ki, müzakirələrsiz qəbul edilən amnistiya aktının lehinə 114 millət vəkili səs verib.Amnistiya aktı layihəsinin təşəbbüskarı Mehriban Əliyeva qısa çıxış edərək bildirib ki, 1993-cü ildə H.Əliyevin hakimiyyətə qayıtdıqdan sonra məhbusların əfv edilməsi, azadlığa buraxılması, amnistiya verilməsi ilə əlaqədar çox ciddi addımlar atılıb.Amnistiya aktının qəbulundan sonra 9 min məhbusa şamil olunacaq. Bunlardan 2 mini azadlığa buraxılacaq.