Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək

Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək
SİYASƏT
14:54 05.10.2020
507

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

Bu barədə AZXEBER.COM-a parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qanun layihəsi Milli Məclisin sabah - oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, parlamentin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib.

OXŞAR XƏBƏRLƏR