Milli Məclisdə dərman qalmaqalı — “Keyfiyyəti yox, içindəki kağızda yazılanlar müzakirə edilir”

Milli Məclisdə dərman qalmaqalı — “Keyfiyyəti yox, içindəki kağızda yazılanlar müzakirə edilir”
Siyasət
15:55 21.11.2025
281
Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Səyyad Salahlının çıxışı geniş müzakirələrə səbəb olub. "Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edən deputat apteklərdə satılan dərman preparatları ilə bağlı ciddi narazılığını dilə gətirib.

Səyyad Salahlının sözlərinə görə, dərman qutularında yerləşdirilən istifadə təlimatları həddindən artıq uzun və başa düşülməsi çətin dildə hazırlanır. Deputat qeyd edib ki, pasiyentlər üçün əlçatan və aydın məlumatların hazırlanması vacibdir və məsələ xüsusi nəzarətə götürülməlidir.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov AZXEBER.COM-a açıqlamasında bildirib ki, dərmanların içərisindəki məlumat vərəqlərinin həddindən artıq uzun və çox vaxt anlaşılmaz şəkildə yazılması təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müzakirə olunan real problemdir:


"Əsas məsələ məlumatın çoxluğu deyil, onun xəstə üçün uyğun olmayan formada təqdim edilməsidir. Qanunvericilik tələb edir ki, dərmanın tərkibi, əks-göstərişləri, yan təsirləri və digər vacib məqamlar tam şəkildə göstərilsin. Lakin bu məlumatlar çox zaman elə ağır tibbi və hüquqi dildə yazılır ki, xəstə onları oxusa belə məzmunu başa düşməkdə çətinlik çəkir.”

Deputat əlavə edib ki, dünyada artıq bu problem üçün yeni yanaşma formalaşıb:

"Bir çox ölkələrdə məlumat vərəqləri iki hissəyə bölünür: birinci hissə xəstənin asanlıqla başa düşə biləcəyi qısa və sadə xülasədən ibarət olur, ikinci hissə isə mütəxəssislər üçün nəzərdə tutulan daha geniş və texniki məlumatları özündə əks etdirir. Bu model həm xəstənin maariflənməsinə kömək edir, həm də dərman istifadəsində yol verilən səhvlərin qarşısını alır.”

Rəşad Mahmudov vurğulayıb ki, bu sahədə süni intellekt və rəqəmsal platformaların rolu getdikcə artır:

"Müasir ölkələrdə dərman qutularının üzərinə yerləşdirilən QR kodlar vasitəsilə xəstə telefonundan dərmanın interaktiv və vizual izahını əldə edə bilir. Süni intellekt əsaslı sistemlər dərmanın istifadəsini, yan təsirlərini və digər preparatlarla qarşılıqlı təsirini xəstəyə sadə dildə izah edir. Eyni zamanda xəstənin yaşı, yanaşı xəstəlikləri və qəbul etdiyi digər dərmanlara uyğun fərdiləşdirilmiş məlumatlandırma təmin edilir. Bu yanaşma xəstə təhlükəsizliyini artırır və səhiyyənin rəqəmsal transformasiyasını sürətləndirir.”

Sonda deputat qeyd edib:

"Nəticə olaraq, dərmanlar barədə məlumat çox deyil — sadəcə xəstəyə uyğunlaşdırılmayıb. Məlumat vərəqlərinin sadələşdirilməsi, daha aydın formaya salınması və süni intellektlə dəstəklənmiş rəqəmsal platformalara keçid bu məsələnin ən effektiv həlli hesab oluna bilər.”

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”