Milli Məclisdə iqtidar-müxaifət dialoqu müzakirə edildi

Milli Məclisdə iqtidar-müxaifət dialoqu müzakirə edildi
SİYASƏT
12:36 13.02.2015
853
Ötən gün keçirilən iqtidar-müxalifət dialoqu bu gün Milli Məclisin plenar iclasında gündəmə gətirilib.
Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd edib ki, bu görüşdə geniş fikir mübadiləsi aparıldı, ümummilli məsələlər müzakirə edildi və bu da ictimaiyyət tərəfindən müsbət qarşılandı.
S.Novruzov qeyd edib ki, həmçinin bu görüşlərin daimi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan iqtidarının, Prezidentinin hər bir işi şəffaf idarə etməsinin bariz nümunəsidir.
Onun sözlərinə görə, təəssüflər olsun ki, həm legitimlikləri olmayan, həm də ayrı-ayrı xarici qüvvələrin maraqlarını həyata keçirən bəzi partiyaların mətbuat orqanları bu görüşlərin üzərinə kölgə salmaq istəyirlər: “ATƏT belə görüşlər keçirəndə canfəşanlıq edirdilər, ancaq indi bu görüşün üzərinə kölgə salmağa çalışırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən idarə edilir, ümummilli maraqlara deyil, şəxsi maraqlara xidmət edirlər”.
Millət vəkili Qüdrət Həsənquliyev də iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirərək bildirib ki, xarici dairələrin əlində oyuncağa çevrilən bəzi siyasi qüvvələr bu görüşün üzərinə kölgə salmağa çalışır: “Amma hesab edirəm ki, bununla heç nəyə nail olmayacaqlar. Bu görüş ölkədə siyasi sistemin, demokratiyanın inkişafına müsbət təsir göstərəcək”.
Milli Məclisin spikeri də öz növbəsində iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirib. O qeyd edib ki, bu partiyalar dialoq istəyirlər, amma olanda da belə münasibət göstərirlər: “Siz kölgə-kölgə deyirsiniz, amma bunlar kölgə altında deyil, kök altındadırlar, ona görə də bu görüşlərdə iştirak etmirlər”.
Deputat Fazil Musatafa görüşü müsbət dəyərləndirərək qeyd edib ki, görüş çox səmərəli oldu və burada iştirak etməyənlər böyük siyasi səhvə yol verdilər.
Millət vəkili İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR