Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu
SİYASƏT
21:26 30.04.2025
206
Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, "Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.
OXŞAR XƏBƏRLƏR