"Azərbaycanda seçkilər qanunvericiliyə uyğun olaraq şəffaf və azad keçirilib". Bunu Avropa İttifaqının yerli seçilmiş üzvlərindən ibarət seçki nümayəndə heyətinin Azərbaycanda keçirilən parlament seçkilərinə dair hesabatı zamanı estoniyali parlamentari Uno Silberq bildirib. Onun sözlərinə görə, aparılan müşahidələr zamanı heç bir neqativ hala rast gəlinməyib:"Nümayəndə heyətinin üzvləri səsvermə və səslərin sayılması prosesi ərzində 54 seçki məntəqəsində olub. Seçki prosesi demokratik standartlar və prinsiplərə müvafiq keçib. Nümayəndə heyəti üzvlərinin müşahidələrinə görə seçki məntəqələrində proseslər yaxşı təşkil olunub". (aznews)