"“Milli Məclis”in adı dəyişdirilsin, “Millət Məclisi” olsun"" - Deputatdan TƏKLİF

"“Milli Məclis”in adı dəyişdirilsin, “Millət Məclisi” olsun"" - Deputatdan TƏKLİF
SİYASƏT
13:18 27.02.2026
663
"Azərbaycan dilinin qrammatik normalarına görə, əslində "mədəni sənaye” yox, "mədəniyyət sənayesi, "mədəni yaradıcılıq” deyil, mədəniyyət yaradıcılığı” olmalıdır. Çünki mədəni yaradıcılıq deyə onun məna çalarları ortaya çıxmalıdır".

Bunu  Milli Məclisin bu gün keçirilən plenar iclasında  "Mədəniyyət haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Rafael Hüseynov deyib.

"Bundan başqa, əslində "Milli Məclis” yox, "Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz "millət vəkili” deyirik, "milli vəkil” yox”, deyə - vitse-spiker bildirib.
 
\Unikal
OXŞAR XƏBƏRLƏR