Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum oldu

Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum oldu
SİYASƏT
13:36 31.07.2021
981
Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub.

AZXEBER.COM xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.

İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.

İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.
OXŞAR XƏBƏRLƏR