Milli Məclisin komitə sədri: “Vətəndaş dövlətin işinə dəstək verməklə özünü, ailəsini qorumuş olacaq”

Milli Məclisin komitə sədri: “Vətəndaş dövlətin işinə dəstək verməklə özünü, ailəsini qorumuş olacaq”
SOSİAL
19:09 14.03.2020
1651
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus infeksiyası (COVID-19) ilə bağlı qlobal pandemiya elan etdiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıb. COVİD-19 infeksiyasının yaratdığı vəziyyətlə bağlı Azərbaycan hökumətinin ölkəmizdə məhz pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlaması təqdirəlayiqdir”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, bu infeksiya ilə mübarizədə hökumətin önləyici tədbirlər alması, virusun yayılmaması üçün öhdəsinə düşən işləri görməsi çox önəmlidir və dövlətimiz, hökumətimiz bu istiqamətdə bütün lazımı addımları atır: "Azərbaycanın bu məsələ ilə bağlı addımları ÜST tərəfindən də qiymətləndirilir. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkə üçün səciyyəvi hal alıb. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Bu mövzu birbaşa cənab Prezidentimizin nəzarətindədir və bu virusun bir çox ölkədə olduğu kimi, ölkəmizdə geniş yayılmaması üçün tədbirlər daha da genişləndirilir. Amma bu məsələdə məsuliyyət həm də cəmiyyətin, hamımızın üzərinə düşür”.

Millət vəkili qeyd edib ki, hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək: "Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas amillərdən biridir. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bununla bağlı açıqlanmış məlumatları hər kəs oxumalıdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür. Ona görə də bu məsələ indiki halda milli həmrəylik məsələsidir. Təhlükənin öhdəsindən həm də özümüz qaydalara əməl etməklə, hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur”.

Komitə sədri vurğulayıb ki, KİV, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi məsələsidir: "Müxtəlif şayiələr yayanlar, "whatsapp” səsləri göndərənlər və reytinq xatirinə yalan xəbər yazanlara onları belə addımlar atmamağa çağırırıq. Bunun yaratdığı və yarada biləcəyi fəsadları hər kəs anlamalıdır. Yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və hüquqi məsuliyyət doğuracaq. Belə məqamlarda informasiya təhlükəsizliyinin təmin olunması çox vacibdir. Bu məsələdə yalan məlumatlar yayanlara güzəşt edilməməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı