Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

SİYASƏT
10:30 25.09.2020
217

Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi məlum olub.

AZXEBER.COM-un xəbərinə görə, toplantının gündəliyinə 22 məsələ daxil edilib.

İclasda "Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Nağdsız hesablaşmalar haqqında” və s. qanunlara dəyişiklik layihələri I oxunuşda müzakirə ediləcək.

Bundan əlavə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.

OXŞAR XƏBƏRLƏR