Milli Məclisin qarşısında maşın yandı

Milli Məclisin qarşısında maşın yandı
SOSİAL
09:12 01.10.2025
184
Paytaxtın Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
OXŞAR XƏBƏRLƏR