Milli Məclisin şöbə müdiri hakim seçildi - Avropa Məhkəməsində

Milli Məclisin şöbə müdiri hakim seçildi - Avropa Məhkəməsində
SOSİAL
23:20 11.10.2016
1115
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən növbəti payız sessiyası çərçivəsində qurumun bugünkü plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib.
 
Bu gün səhər saatlarından başlayıb gün ərzində davam edən seçkilərdə Assambleya üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə layiq görüblər. Səsvermələrdə qalib gəlmiş Lətif Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplaya biliblər.
 
Ümumilikdə keçirilmiş seçkilərdə 203 parlamentar iştirak edib, onlardan cəmi 25-i bitərəf qalıb. Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən, Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəsini 9 il müddətinə icra edəcək. O, bu vəzifəsinin icrasına üç aydan sonra başlayacaq(APA). Hüquq üzrə elmlər doktoru Lətif Hüseynov 1964-ci ilin fevralın 1-də Azərbaycanın Ağdam şəhərində anadan olub. O, uzun illər Azərbaycanın ali təhsil ocaqlarında, Elmlər Akademiyasında hüquq elmləri üzrə professor kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Lətif Hüseynov eyni zamanda, Avropa Şurası (AŞ) və BMT qurumlarında təmsil olunub və mühüm vəzifələr tutub. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004-2015-ci illər arasında AŞ-nın İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. Xatırladaq ki, AŞPA-nın AHİM-nə Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-30-da Parisdə keçirilmiş iclasında Azərbaycan hökumətinin göndərdiyi üç nəfərdən ibarət namizədlər siyahısı qəbul olunmuş və AŞPA-ya göndərilmişdi. Komitə hər üç namizədlə apardığı dinləmələrdən sonra Lətif Hüseynovu Azərbaycanı AİHM-də təmsil edəcək yeni hakim vəzifəsinə ən uyğun namizəd kimi tövsiyə etmişdi.
 
Qeyd edək ki, bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı. 2003-cü ilin aprel ayının 2-dən AİHM-nin Azərbaycan üzrə hakimi vəzifəsini Xanlar Hacıyev icra edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək