Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu

Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu
Siyasət
23:06 29.04.2020
1978
"Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb.

Məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
 
///Report
OXŞAR XƏBƏRLƏR