Milli Məclisin yeni tərkibi ilə bağlı - TƏHLİL

Seçki2020
12:45 13.02.2020
2425

Azərbaycanın müstəqillik tarixində ilk dəfə keçirilən növbədənkənar parlament seçkisi ilə 6-cı çağırış Milli Məclisin tərkibi formalaşdı.

AZXEBER.COM xəbər verir ki, ARB24 telekanalının analitik qrupunun hesabatına görə, parlamentin tərkibi 35.2% yenilənib.

Ötən çağırışla müqayisədə, 44 yeni deputat seçilib, 81 nəfər isə mandatını qoruya bilib. Müqayisə üçün 5-ci çağırış Milli Məclisin tərkibinə 96, 4-cü çağırışın tərkibinə isə 88 deputat təkrar seçilmişdi. 

 

Yenidən mandat qazanan deputatlardan dördü - Mixail Zabelin, Elman Nəsirov, Səməd Seyidov və Qüdrət Həsənquliyev yeni, digər 77-si ötən seçkidəki dairəsindən deputat seçilib. 

Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının rəhbərliyi eyni şəxslərdən ibarət olub:

1. Oqtay Əsədov - Sədr 

2. Ziyafət Əsgərov - Sədrin birinci müavini 

3. Bahar Muradova – Sədrin müavini

4. Valeh Ələsgərov – Sədrin müavini

Bahar Muradova və Valeh Ələsgərovun 6-cı çağırış Milli Məclisin tərkibində təmsil olunmadığını nəzərə alsaq, parlament rəhbərliyində iki nəfərin başqa şəxslərlə əvəz olunacağı dəqiqdir. 

2015-ci il Milli Məclis seçkisi zamanı yalnız üç nəfər 50 faizdən aşağı səs toplamaqla deputat seçilə bilmişdi. 9 fevral seçkisində isə 50 faizdən aşağı səs toplayaraq deputat seçilənlərin sayı 41 olub. Onların 19-u yeni seçilmiş, 22-si isə təkrar seçilmiş deputatdır. Qalib gələn namizədlər orta hesabla 55.3% səs toplayıb.

2015-ci il seçkisi zamanı isə qaliblər orta hesabla 67.2% faiz səs əldə ediblər. Ümumilikdə, 6-cı çağırış Milli Məclisdə təmsil olunan 82 deputat müstəqillik dövründə formalaşmış parlamentlərin tərkibində iki dəfə və daha çox təmsil olunub:

İlk dəfə təmsil olunanların sayı - 43 nəfər

İki dəfə təmsil olunanların sayı - 18 nəfər

Üç dəfə təmsil olunanların sayı - 17 nəfər

Dörd dəfə təmsil olunanların sayı - 19 nəfər

Beş dəfə təmsil olunanların sayı - 19 nəfər

Altı dəfə təmsil olunanların sayı - 9 nəfər

6-cı çağırış Milli Məclisdə qadın və kişi deputatların sayında bir nəfərlik fərq var. Belə ki, 5-ci çağırış Milli Məclisdə 104 kişi, 21 qadın deputat var idisə, indi 103 kişi və 22 qadın deputat seçilib. 

6-cı çağırış Milli Məclisdə deputatların orta yaş həddi 53.9 təşkil edib. Ötən çağırışda bu rəqəm 54.6 idi. 30 yaşadək deputatların sayı birdən üçə, 31-45 yaş aralığında olanların sayı 26-dan 35-ə qalxıb. 46-60 yaş arası deputatların sayı 54-dən 47-yə, 61-75 yaş arası deputatların sayı 40-dan 38-ə, 76 yaşdan yuxarı deputatların sayı dörddən ikiyə düşüb.

 

6-cı çağırış Milli Məclisdə ən gənc deputat 26 yaşlı Səbinə Xasayeva, ən yaşlı deputat isə 81 yaşlı Fəttah Heydərovdur. 

5-ci çağırış Milli Məclisdə deputatların 84-ü partiyalı, 41-i bitərəf idisə, indi millət vəkillərinin 82-si partiyalı, 43-ü bitərəfdir. Parlamentdə ümumilikdə doqquz partiya təmsil olunub. Yeni Azərbaycan Partiyası 72, Vətəndaş Həmrəyliyi üç, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Ana Vətən, Vətəndaş Birliyi, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyaları bir nəfərlə təmsil olunub.  

Hesabat Mərkəzi Seçki Komissiyasının 9 fevral seçkisinin nəticələri ilə bağlı ilkin məlumatı əsasında hazırlanıb, rəsmən açıqlanacaq yekun nəticələrdə hansısa dəyişiklik olarsa, bu hesabatda da müəyyən dəyişiklik ola bilər. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:59 10.07.2020

Operativ Qərargahın brifinqləri onlayn keçirilə bilər

17:52 10.07.2020

TƏBİB: Sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunmur

17:50 10.07.2020

Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin pandemiya şəraitində əməyini yüksək qiymətləndirdi

17:49 10.07.2020

Hikmət Hacıyev təcili tibbi yardımın gecikməsi məsələsindən danışdı

17:46 10.07.2020

Azərbaycanda 18 məhkum koronavirusa yoluxdu - 2-si azadlığa buraxıldı

17:45 10.07.2020

Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxdu

17:36 10.07.2020

Prezidentin köməkçisi: "İctimai nəqliyyatdan istifadə edirəm, avtobus kartımı göstərə bilərəm”

17:33 10.07.2020

Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağaldı

17:28 10.07.2020

Prezidentin köməkçisi: Vətəndaşlarımızdan xahişimiz odur ki, xarici səfərlərdən çəkinsinlər

17:21 10.07.2020

Prezidentin köməkçisi: “Rəqəmlərdə müəyyən stabilləşmə var”

17:18 10.07.2020

TƏBİB-dən rayona getmək istəyənlərə - CAVAB

17:15 10.07.2020

TƏBİB: Yoluxanların sayı ilə sağalanların sayı demək olar eyniləşib

17:08 10.07.2020

Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

16:50 10.07.2020

XİN-in daha bir vəzifəli şəxsi saxlanıldı

16:42 10.07.2020

Unibank Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı - FOTOLAR

16:40 10.07.2020

Avropa Liqasının püşkü atıldı: Türkiyə klubu “Mançester Yunayted”lə qarşılaşa bilər