Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, M.Kərimov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən bu vəzifədə çalışırdı. MOK-da marketinq direktoru kimi fəaliyyətinə isə 2010-cu ilin aprelində başlamışdı.