Milli Park “Azenco” şirkətini məhkəməyə verdi

Milli Park “Azenco” şirkətini məhkəməyə verdi
Bütün Xəbərlər
15:20 18.09.2015
1516
Hirkan Milli Parkı "Azenco" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
"Report"un xəbərinə görə, Milli Park zərərin əvəzinin ödənilməsini tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə 2004-cü il fevralın 9-da yaradılıb. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir.
"Azenco" şirkəti isə dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib.
Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.
OXŞAR XƏBƏRLƏR