Milli parklara səfər edən turistlərin sayı artıb

Milli parklara səfər edən turistlərin sayı artıb
SOSİAL
14:05 15.07.2025
221
Azərbaycanın zəngin təbiətini və müxtəlif  ekosistemlərini  özündə birləşdirən milli parkları ziyarət edən turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb. 

AZXEBER.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki,  ölkəmizin füsunkar təbiət guşələrində yerləşən, bioloji müxtəlifliyi ilə seçilən milli parklarımıza 2025-ci ilin 6 ayı ərzində 87 542  turist səfər edib.  Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.

"Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.

Mətbuat katibi onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində təbiətsevərlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.
OXŞAR XƏBƏRLƏR