Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-da keçiriləcək.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, o, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Qeyd edək ki, Ş.Tağıyevin cənazəsi bu gün axşam Bakıya gətiriləcək.
Xatırladaq ki, əslən Şuşadan olan Ş.Tağıyev 23 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. O, İsveçdə Qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.










































