Milli Qəhrəmanın ailəsi yeni evlə təmin olunub - FOTOLAR

Milli Qəhrəmanın ailəsi yeni evlə təmin olunub - FOTOLAR
SOSİAL
21:34 07.02.2019
6301
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsi Qusar şəhərində yeni evlə təmin olunub.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, fərdi yaşayış evi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni evin açarları fevralın 7-də Qurbanovlar ailəsinə təqdim olunub.

Bu münasibətlə keçirilən mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının göstərişinə əsasən, sosial təminatının gücləndirilməsi məqsədilə Ç.Qurbanovun ailəsi həm Bakı şəhərində mənzil, həm də Qusarda fərdi yaşayış evi ilə təmin edilib.

Bildirilib ki, fərdi yaşayış evinin tikilməsi üçün Qusar şəhərinin Şəmsəddin Piroğlanov küçəsində 10 sot həyətyanı torpaq sahəsi ayrılıb. Yeni tikilən birmərtəbəli, dördotaqlı evin ümumi sahəsi 230 kvadratmetrdir. Ev müasir istilik sistemi ilə təmin olunub. Həyətyanı torpaq sahəsinin 6 sotunda meyvə bağı salınıb.

Milli Qəhrəmanın atası Salman Qurbanov ailəsi adından onlara hər cür dəstək göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyən S.Qurbanov bildirib ki, dövlətimizin başçısı Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verib. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

Mərasimdə çıxış edənlər Milli Qəhrəman Çingiz Qurbanovun qısa, lakin şərəfli ömür yoluna nəzər salıb, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adının əziz tutulduğunu, ailələrinin isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazan Milli Qəhrəman Çingiz Qurbanov öz igidliyi ilə hər bir hərbi qulluqçu üçün örnəkdir. Hazırda Ordumuzun sıralarında Çingiz kimi yüzlərlə, minlərlə igid oğullar var və onlar ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.

Məlumat üçün qeyd edək ki, Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb