Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu
SOSİAL
00:14 27.08.2026
143
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun oğlu İlyas Hüseynov ali məktəbə qəbul olunub. 

AZXEBER.COM xəbər verir ki, bu barədə İbad Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

Milli Qəhrəmanın oğlu Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisasında təhsil alacaq. 

Qeyd edək ki, İ.Hüseynov Birinci Qarabağ müharibəsində iştirak edib. O, 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR