“Avqustun 18-də keçiriləcək mitinq üçün ayrılan yerlə bağlı ciddi narazılıq yoxdur”.
Bu açıqlamanı APA-ya Milli Şuranın mitinqin komitəsinin üzvü, AXCP sədrinin müavini Asəf Quliyev verib. A. Quliyev bildirib ki, bu gün Milli Şuranın mitinq komitəsinin iclası keçirilib. İclasda aksiyanın texniki tərəfləri müzakirə olunub və təbliğat işinin gücləndirilməsinə dair tapşırıqlar verilib.
A. Quliyev Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan yerlə bağlı da müzakirə apardıqlarını deyib: “Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız məktubda Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin stadionu da təkliflər sırasında olduğundan həmin yerin ayrılmasına etiraz etmədik”.
A. Quliyev mitinq üçün məhz həmin yerin ayrılacağını əvvəlcədən düşündüklərini söyləyib.