"Milli Şura seçkiləri boykot edə biləcəyi ilə bağlı mesajlar verir"

"Milli Şura seçkiləri boykot edə biləcəyi ilə bağlı mesajlar verir"
SOSİAL
14:52 04.12.2019
2978
Ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən öncə Milli Şura seçkiləri boykot edə biləcəyi ilə bağlı mesajlar verir.

AZXEBER.COM xəbər verir ki, məsələni saytımıza şərh edən siyasi şərhçi, STM-in baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, boykot siyasi deqradasiyanın göstəricisi olur adətən:

"Boykot sözü özlüyündə etiraz kultunu ifadə edir. Anlayışın semantikası və fəlsəfəsi də fərdi etiraz hüququnun və toplum haqlarının razılaşmamaq meyarlarını özündə ehtiva edir. Amma necə? Siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Buna baxmayaraq, dünya tarixində qalmaqallı siyasi boykotlar olub. Hazırda Əlcəzairdə prezident seçkiləri öncəsi boykot çağırışları səslənir. 2018-ci ildə Venesuelada müxalifətin seçkiləri boykot etməsi beynəlxalq imperiya maraqları tərəfindən məqsədli sıxışdırılan ölkəni daha da xaosa bürüdü. Yaxud da Güney Afrikada və Nigerdə daha öncə seçkilərlə bağlı boykot qərarları siyasi təlatümlərə rəvac vermişdi.”

Şərhçi qeyd edib ki, Azərbaycanda seçkini boykot etmək üçün heç bir səbəb yoxdur.
Daha öncəki seçkiləri boykot edən radikal müxalifətin ənəvi addımının bir neçə səbəbləri var:

1) İctimai rəy sorğuları göstərir ki, Azərbaycanda iqtidar partiyası bütün seçkilərdə yenə qalib olacaq.

2) Prezidentin sosial və kadr islahatları ilə bağlı STM-in ölkəboyu sorğusu və oktyabrda həyata keçirdiyi "İnam İneksi” sorğuları da göstərdi ki, Azərbaycan əhalisi ölkədəki islahatları dəstəkləyir, Prezident İlham Əliyevin nüfuzu yüksəkdir.

3) Müxalifətin sosial dayaqları həddən artıq zəifdir, seçkilərdə uğur üçün yetərsay nisbəti kifayət deyil.

4) Əli Kərimli və ətrafının uzun illərdir dəyişməyən ritorikası seçkilərə qatılmaq üçün heç bir perspektiv vəd etmir.

Ekspert qeyd edib ki, radikallar bu dəfə də seçkiləri boykot etsə iki böyük dilemma ilə qarşı-qarşıya qalacaq:

1) Az sayılı tərəfdarları da siyasi sükutdan qopacaq və sıraları laxlayacaq.

2) Radikal müxalifətin sadəcə qanunsuz aksiyalar və meydan aurasından başqa heç nəyə yaramadığı fikri ictimaiyyətdə daha da möhkəmlənəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib