‘Milli Şuranın antimilli olması göz önündədir’ - Siyavuş Novruzov

‘Milli Şuranın antimilli olması göz önündədir’ -  Siyavuş Novruzov
SİYASƏT
16:07 04.06.2013
1830

"Milli Şura olmur, nə olur olsun, bunun qəti şəkildə hakimiyyət üçün heç bir narahatçılığı yoxdur”.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın hakimiyyət üçün narahatçılıq yaratması ilə bağlı fikrə münasibət bildirərkən deyib. Novruzov qeyd edib ki, Milli Şurada toplaşanlar öz partiyalarında, cəmiyyət arasında heç bir hörməti olmayan adamlardır: "Belə olduğu halda, öz partiyalarını qoyub, hansısa dərnəkdə birləşirlər, o cümlədən də Milli Şurada. Fikir versəniz, son bir ilin içərisində bir neçə təşkilat yaradıblar, adların dəyişiblər, amma insanlar eynidirlər. Bunların hamısı mənasız şeydir. Buradakı insanlar hər təşkilatda 2-3 ay gəzə-gəzə, axırda da gəlib çıxıblar Milli Şuraya". Novruzov qeyd edib ki, Milli Şuranın da ömrü çox qısa olacaq, heç o yaranmamış dağılacaq: "Artıq bununla bağlı ayrı-ayrı partiyalar tərəfindən müxtəlif bəyanatlar verilir. Milli Şuranın antimilli olması bilavasitə göz önündədir. Sadəcə olaraq, ora toplaşanlar hansısa ölkənin təşkilatlarından 5-10 manat pul almaq istəyirlər, onun eşqinə ora toplaşıblar. Yoxsa Azərbaycan xalqının maraqlarına və s. məsələlərə heç bir aidiyyatı yoxdur". Milli Şurada kiçik partiyalara böyük partiyalar qədər status verilməsi ilə bağlı yaranan fikirayrılığına münasibət bildirən Novruzov qeyd edib ki, bəzi partiyalar Milli Şuranı monopoliyaya götürüblər: "Say baxımından hansı partiyadan neçə nəfər təmsil olunmalıdır. Hamısı partiyadır də, bunun say məsələsinə nə aidiyyatı var? Bundan 10 nəfər olsun və ya 2 nəfər olsun. Bunun özü orada qeyri-demokratikliyi göstərir və sübut edir ki, bu bir-iki şəxsin monopoliyasında olan təşkilatdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu